Usta işlədiyi evdən 12 min manatlıq oğurluq etdi - FOTO

Usta işlədiyi evdən 12 min manatlıq oğurluq etdi - FOTO
Foto
Hadisə 1785

Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Aydın Cəfərov naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 12520 manat olan müxtəlif növ məişət əşyalarını oğurladığını bildirib.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evi təmir edən, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan, Gəncə şəhərində müvəqqəti yaşayan 29 yaşlı Elvin Abbasov Muxtar Respublikada saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı o törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı məişət əşyalarını satdığını bildirib.Faktla bağlı araşdırmalar aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qadın keçmiş həyat yoldaşının mal-qarasını oğurladı

Qadın keçmiş həyat yoldaşının mal-qarasını oğurladı

Şəmkir rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat o...

536 Hadisə 13:31 11 yanvar 2020

Son xəbərlər