Ukraynada həbs edilən azərbaycanlı iş adamı ekstradisiya olunub

Ukraynada həbs edilən azərbaycanlı iş adamı ekstradisiya olunub
Hadisə 75

Ukraynada həbs edilən azərbaycanlı iş adamı ekstradisiya olunub.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq Azərbaycan vətəndaşı Kərimov Nizami Qulam oğlunun ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu tərəfindən təmin edilib.

Abşeron Rayon Polis İdarəsinin İstintaq bölməsinin icraatında olan cinayət işi üzrə Nizami Kərimovun “Rafat LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr müəyyən edildiyindən o, Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 17.11.2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

N.Kərimov 13.01.2022-ci il tarixdə Ukraynada müəyyən edilərək saxlanılıb.

17.02.2022-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Nizami Kərimov Ukraynadan Azərbaycana gətirilib.

Oxşar xəbərlər

Baş prokuror əməliyyat müşavirəsi keçirib

Baş prokuror əməliyyat müşavirəsi keçirib

Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...

2420 Hadisə 19:14 04 yanvar 2019

Son xəbərlər