Ukraynada həbs edilən azərbaycanlı ekstradisiya olunub - RƏSMİ AÇIQLAMA

Ukraynada həbs edilən azərbaycanlı ekstradisiya olunub - RƏSMİ AÇIQLAMA
Hadisə 221

Ukraynada həbs edilən azərbaycanlı ekstradisiya olunub.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağstafa Rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Adil Orucov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Adil Orucov Ukrayna ərazisində müəyyən edilərək 2022-ci ilin yanvar ayında barəsində həbs qətimkan tədbiri seçilib, fevralın 24-də isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər