Ukraynada Azərbaycan diaspor təşkilatının qurucularından biri vəfat edib

Ukraynada Azərbaycan diaspor təşkilatının qurucularından biri vəfat edib
Hadisə 113

Ukraynada Azərbaycan diaspor nümayəndəsi, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü, görkəmli alim Nadir Əlişov vəfat edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu gün yaşadığı Kiyev şəhərində uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.

Mərhum Kiyev şəhərində müsəlman qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, N.Əlişov SSRİ Nazirlər Sovetinin və N.Ostrovski adına Ukrayna Gənclər mükafatlarının laureatı olub.

O, Ukraynada Azərbaycan diaspor təşkilatının qurucularından biri olub.

Qeyd edək ki, N.Əlişov 1948-ci ildə anadan olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər