Üç nəfərin ölümünə səbəb olan şəxs məhkəmə zalında həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yol qəzası zamanı üç nəfərin ölümünə səbəb olan Firudin Əsədova hökm oxunub. O, məhkəmənin qərarı 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs olunub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək Elşən Eyvazovun idarə etdiyi "VAZ-2109" markalı avtomobili ilə toqquşub.
Hadisə nəticəsində sürücü E.Eyvazov, sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.
Oxşar xəbərlər
Bakıda şirkət əməkdaşı qəza törətdi: Üç nəfər öldü - VİDEO
Bakıda şirkət əməkdaşı qəza törədib, üç nəfər ölüb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 18-də paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi...