Bakıda şirkət əməkdaşı qəza törətdi: Üç nəfər öldü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda şirkət əməkdaşı qəza törədib, üç nəfər ölüb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə yanvarın 18-də paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi VAZ-2109 markalı avtomobili ilə toqquşub.
Nəticədə E.Eyvazov, onun sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Lift müdirinin qızının keçmiş və yeni əri arasında QANLI DAVA: "Gəlməyən kişi deyil..."
Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının barələrində cinayət işi üzrə məhkəmə prosesi davam edib.BAKU.W...