Ucarda qəza; xəsarət alanlar var - FOTO

Ucarda qəza; xəsarət alanlar var - FOTO
Foto
Hadisə 73

Ucarda heyvan tələfatı və insan xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində baş verib.

Neftçala rayon sakini, 1987-ci il təvəllüdlü Elman Tahir oğlu Heybətov idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Hadisə zamanı heyvan tələf olub. Sürücü E. Heybətov və sərnişini, Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdlü İzzət Telman oğlu İbrahimov aldığı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Fakt araşdırılır.

Son xəbərlər