Ucarda qəza edən maşın kanala düşüb, xəsarət alanlar var - FOTO
02
avq
2024
18:42
Ucar rayonu ərazisində ağır yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomaşın Ucar istiqamətində hərəkətdə olarkən "VAZ-2107" markalı avtomaşına çırpılıb. Nəticədə "VAZ-2107" yoldan çıxaraq su kanalına düşüb.
Qəza zamanı "VAZ"ın sürücüsü və "Mercedes"də olan sərnişin ağır bədən xəsarəti alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Kürdəmirdə baş verən qəzada yaralananlardan biri ölüb - FOTO - YENİLƏNİB
Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlardan biri dünyasını dəyişib. BAKU.WS report-a istinadən xəbər verir ki, baş verən qəza zamanı minik avtomobilində...