Ucarda nəhəng gürzə ilanı öldürülüb

Ucar rayonunun Yuxarı Şilyan kəndinin sakinləri Küdürü adlanan ərazidə nəhəng gürzə ilanı öldürüblər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ilanın uzunluğu təxminən 2 metr olub.
Bildirilir ki, Küdürüdə (quraq ərazi) gürzə ilanlarının bir neçə növü yaşayır. Sovetlər dönəmində bu ərazi ilantutanların sevimli məkanı olub. Hətta Yuxarı Şilyan kənd sakinlərinin bəziləri xidmət haqqı almaqla, gürzə ilanlarını ovlayırlarmış. Bu, gürzə ilanlarının sayının kəskin artmasının qarşısını alırmış. Lakin sonradan ilançılıq sovxozlarının dağılması vəziyyəti dəyişib. Hazırda ərazidə ilanların sayının artdığı bildirilir.
Qeyd edək ki, gürzə ilanları əsasən dovşan balaları və müxtəlif gəmiricilərlə qidalanır.

Oxşar xəbərlər
17 yaşlı gəlin bakirə çıxmadı və... - Azərbaycanda toy günü biabırçılıq
Ucarda qəsdən adam öldürməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Sadiq Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) c...