Ucarda cücə sexində yanğın baş verib, 4000 cücə tələf olub
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda cücə sexində yanğın olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Rayon sakini Asif Əvəz oğlu Nuruyevə məxsus ümumi sahəsi 450 kvadratmetr olan cücə sexində güclü yanğın baş verib. Yanğın zamanı 210 kvadratmetr sahə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Zərərçəkənin sözlərinə görə, 4000 cücə yanaraq tələf olub.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Fakt araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...