Ucarda bədbəxt hadisə: Geriyə hərəkət edən avtomobil piyadanı vurdu
15
iyn
2026
21:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ucar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Müsüslü kəndi ərazisində qeydə alınıb.
Göyçay rayonunun Alpout kənd sakini, 54 yaşlı Mirsaab Qasım oğlu Qasımov idarə etdiyi "Mercedes-Vito" markalı avtomobili arxaya sürərkən, Təzə Şilyan kənd sakini, 59 yaşlı piyada Əbülfət Ağəli oğlu Məmmədovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...