Ucarda baş verən qəzada 5 nəfər xəsarət alıb

Ucarda baş verən qəzada 5 nəfər xəsarət alıb
Hadisə 82

Ucar rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə rayonunun Bərgüşad kəndində qeydə alınıb.

“VAZ 21011” markalı minik avtomobil “Mercedes Vito” markalı mikroavtobusla toqquşub.

Nəticədə Ucar rayon sakinləri - 1959-cu il təvəllüdlü Xankişi Sərxan oğlu Fərzalıyev, 1980 -cı il təvəllüdlü Çingiz Dadaş oğlu Məhərrəmov, 1956 -cı il təvəllüdlü Qətibə Qüddəsər qızı Məhərrəmova, 2002-ci il təvəllüdlü Jalə Çingiz qızı Məhərrəmova və 1979-cu il təvəllüdlü Lalə Dadaş qızı Məhərrəmova müxtəlif xəsarətlər alıblar.

Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər