Ucarda avtomobil piyadanı vurdu: Vəziyyəti ağırdır

Ucarda avtomobil piyadanı vurdu: Vəziyyəti ağırdır
Hadisə 107

Ucarda baş verən qəzada piyada ağır xəsarət alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı – Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

“Ford” markalı maşın yolu keçmək istəyən piyada, hələlik şəxsiyyəti məlum olmayan 30-35 yaşlı kişini vurub.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər