Ucarda avtomobil piyadanı vuraraq öldürüb
05
okt
2024
19:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakl-Qazax yolunun rayonun Təzə Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini İslamov Elçin Azər oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerində dünyasını dəyişib.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...