Ucarda ağır qəza: Bir nəfər ölüb
30
dek
2025
22:59
Ucarda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı–Qazax magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.
Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Araz Ayaz oğlu Məmmədov idarə etdiyi "Chevrolet Cruze" markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada - Ucar rayon sakini, 1962-ci il təvəllüdlü Zili Baba qızı Verdiyevanı vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Ağstafada avtoqəza olub, xəsarət alanlar var
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb. Belə ki, "Ford" tranzit ma...