Üç qadını şantaj edib pul alan şəxsə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə qadınları şantaj edərək onlardan pul tələb etməkdə təqsirləndirilən Nahid Mirzəyevin (soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Mirzəyev 5 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Sabirabad rayon sakini olan Nahid "Instagram" sosial şəbəkəsi vasitəsilə xanımlarla tanış olur, daha sonra onlardan borc pul istəyirmiş. Nahid ona pul verməyən xanımların şəkillərini saytlarda yayacağını bildirərək onlara hədə-qorxu gəlib. Bu üsulla o, üç xanımı şantaj edib, onlardan mütəmadi olaraq pul alıb.
Qadınlardan birinin şikayəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Nahid saxlanılıb və onun barəsində cinayət işi başlanıb. Cinayət işi məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Ermənistan ordusu tərəfindən Başlıbel əhalisinin məhvinin şahidi olanlar məhkəmədə ifadə veriblər
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...
