Uşaqlarına maşın verən valideynlər, sərxoş sürücülər... İSTİRAHƏT MƏRKƏZLƏRİNDƏ REYD - VİDEO

Uşaqlarına maşın verən valideynlər, sərxoş sürücülər... İSTİRAHƏT MƏRKƏZLƏRİNDƏ REYD - VİDEO
Video
Hadisə 1836
 

Goranboyun  Ağcakənd qəsəbəsi ərazisində istirahət məkanları çoxdur.

BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, yayda burada avtomobil hərəkətinin intensivliyi kəskin artdığından yol polisi sürücülərin  hərəkət qaydalarına riayət etməsi məsələsini nəzarətdə saxlamaq məqsədilə mütəmadi reydlər keçirir.  Əsasən Xocalıdan olan məcburi köçkünlərin yaşadığı bu ərazidə reydlər də Xocalı rayonunun yol polisi əməkdaşları tərəfindən keçirilir.

Çox təəssüf ki,  bu dəfə də  həmişə olduğu kimi özlərinin, yaxınlarının və digər  vətəndaşların həyatına biganəlik göstərərək, yollarda hərəkət qaydalarına riayət etməyən, sənədsiz, başqasının avtomobilini, yaxud da texniki baxış müddəti ötmüş maşın idarə edənlərə rast gəlinib.

Təəssüf ki, çox zaman olduğu kimi, bu dəfə də necə deyərlər, "reydlərin yaraşığı" olan sərxoş sürücülər də aşkarlanıb.

Ağcakənd qəsəbəsi ərazisindəki dağ yolundakı son reyd zamanı 5 nəfər sərxoş sürücü aşkarlanıb, həmçinin ümumən idarəetmə və hərəkət qaydalarını pozan 16 nəfər barəsində  müxtəlif protokollar tərtib edilib.

BAKU.WS

Oxşar xəbərlər

Yol polisi 50-dən çox sürücünü cərimələdi

Yol polisi 50-dən çox sürücünü cərimələdi

Quba rayonunda reyd keçirilib. BAKU.WS Report-a istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin keçirdiyi reyd zamanı saxla əmrinə t...

1572 Sosial 21:55 02 avqust 2017

Son xəbərlər