Türkiyədə yaşayan azərbaycanlı müəlliməni qaçırdılar – FOTO

26
apr
2019
08:58
Türkiyədə yaşayan Aytən Hüseynova adlı qızdan bir aydır xəbər yoxdur.BAKU.WS xəbər verir ki, “azxeber.com”a müraciət edən A.Hüseynovanın yaxınlarının sözlərinə görə, Aytən bir neçə ildir ki, Ankarada xarici dil müəlliməsi kimi çalışırmış. Məlumata görə, A.Hüseynovanın sevgilisi tərəfindən qaçırıldığı bildirilir. Belə ki, öncədən tanış olduğu adı məlum olmayan şəxslə münasibəti olan qız bir neçə ay öncə sosial şəbəkədəki hesabında evləndiyini bildiribmiş.Araşdırmalar nəticəsində A.Hüseynovanın evləndiyi şəxsin adının saxta olduğu ortaya çıxıb. Məsələ ilə bağlı polis araşdırma başlayıb. Bununla yanaşı Türkiyənin tanınmış araşdırmaçı-jurnalisti Müge Anlı da məsələ ilə bağlı araşdırma aparır.Müge Anlı sabahdan etibarən qızın ailəsini efirə dəvət edəcəyinin anonsunu verib.
Qalereya
Oxşar xəbərlər
Məhkəmə Azərbaycan qadınlarını Türkiyədə satan 26 yaşlı Güneli azadlığa buraxdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS report-a istinad...
