Türkiyədə dünyasını dəyişən gənc yazar Gəncədə torpağa tapşırıldı

21
sen
2019
13:28
Türkiyədə bir müddət müalicədə olan gənc jurnalist Cavid Abbasov bu gün Gəncə şəhərində İmamzadə qəbristanlığında torpağa tapşırılıb.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, mərhumla vida mərasimi Gəncənin Gülüstan qəsəbəsində keçirilib. Mərhumun dəfn mərasimində yaxınları, dostları və tələbə yoldaşları iştirak edib.Bakı Dövlət Universitetinin Jurnalistika fakuktəsinin məzunu olan C.Abbasov gənc yazar kimi də tanınırdı. Mərhum Türkiyənin paytaxtı Ankara şəhərinin Gülhanə xəstəxanasında qan xərçəngi xəstəliyinə qarşl müalicə alırdı.
Oxşar xəbərlər
Azərbaycanlı gənc jurnalist Ankarada öldü - FOTO
Bakı Dövlət Universitetin jurnalistika fakültəsinin məzunu Ankarada ölüb. BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, Cavid Abbasov Türkiyənin paytaxtı Ankarada...