Türkiyədə azərbaycanlı böyük qardaşının pullarını zibilliyə atdı
04
iyn
2019
09:43
Türkiyənin Eskişehir şəhərində Azərbaycan vətəndaşı Elşən İbrahimov pul dolu torbanı səhvən zibilliyə atıb.BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Yenibağlar məhəlləsində yaşayan Elşən böyük qardaşı Vüqar İbrahimovun içində 7 min 401 dollar, 1 800 avro və 10 AZN olan torbanı yanlışlıqla zibilliyə atıb.Zibillər bələdiyyə işçiləri tərəfindən toplanaraq aparılıb. Qısa müddətdən sonra pulları zibilliyə atdığını anlayan E.İbrahimov təcili şəkildə jandarmaya qaçıb.Bələdiyyənin təmizlik işçiləri zibillikdən tapılan pul dolu torbanı sahibinə təslim edib.Aysel
Oxşar xəbərlər
Azərbaycanlı Ermənistanda əməliyyat olundu
Azaraq Ermənistana keçmiş Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimov əməliyyat olunub.BAKU.WS news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Ədli...