Türkiyədə avtobus TIR-la toqquşdu: 2 ölü, 22 yaralı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Qaziantep şəhərində ağır yol nəqliyyat hadisəsi yaşanıb.
BAKU.WS xəbər verir ki, hadisə şəhərin Nurdağı ərazisində qeydə alınıb.
Konya-Kahta reysi ilə hərəkət edən sərnişin avtobusu hərəkətdə olarkən yük maşını (TIR) ilə toqquşub.
Qəza nəticəsində 2 nəfər həyatını itirib, 22 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və yol polisi briqadaları cəlb edilib.
Qəzada xəsarət alan sərnişinlərə və avtobus personalına ilk tibbi yardım hadisə yerində həkimlər tərəfindən göstərilib.
Daha sonra 22 yaralı sərnişin təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəza nəticəsində avtobusun sürücüsü T.D. və köməkçisi M.S.Ç. dünyasını dəyişib.
Hazırda qəza ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....