Türkiyə vətəndaşı olan TIR sürücüsü Bakı-Quba yolunda ölüb
16
sen
2024
09:34
Bakı-Quba yolunda TIR sürücüsü olan türk vətəndaşı sükan arxasında ölüb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb.
Türk vətəndaşı olan 1966-cı il təvəllüdlü Orhan Yıldırım Kazım oğlu yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib.
Sürücü yük avtomobilini saxladıqdan sonra ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub
Şimali Kipr sahillərində batan bərənin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub. BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-a Azərbayc...