Türkiyədə 9 azərbaycanlı külli miqdarda qaçaq malla ələ keçdilər
07
yan
2018
13:12
Türkiyənin Tokat vilayətinin Erbaa rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları 2 avtobusda cəmi 4 min 710 qutu qaçaqmal siqaret və 133 şüşə qaçaqmal spirtli içki ələ keçiriblər.Virtualaz.org “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə Dəyirmanlı kəndinin yaxınlığındakı yolayrıcında qeydə alınıb. İki avtobusda 9 Azərbaycan vətəndaşından qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş mallar aşkarlanaraq götürülüb.Azərbaycanlılar 71 min 298 TL cərimə ediliblər. Bundan başqa, avtobus sürücüləri də 2 min 854 TL məbləğində cərimələnib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana gətirilən Ermənistan məhsulları SAXLANILDI
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin may ayı dövlət sərhədini pozduqlarına görə 32 nəfər saxlanılıb. DSX-nin Mətbuat Mərkəzindən BAKU.WS-ə veril...