Tunis sahillərində içərisində Azərbaycan və Türkiyə vətəndaşları olan gəmi batıb
Yeniliklərdən dərhal xəbərdar olun
Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb.
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.
Bildirilib ki, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib.
Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.
Məlumatda qeyd olunub ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.
Oxşar xəbərlər
Azərbaycanlı 4 dənizçi Mavritaniyada girov qalıb - İş adı ilə aparıblar - FOTO
Azərbaycanlı 4 dənizçi iş vədi ilə Türkiyəyə, oradan da Mavritaniyaya aparılıb. Lakin verilən vədlər boş çıxıb. BAKU.WS xəbər verir ki, söhbət kapitan Rövşən Ab...