Tramp və Ziya Məmmədov barəsində yeni şok iddia

Tramp və Ziya Məmmədov barəsində yeni şok iddia
Hadisə 6394

 

Bir qrup ABŞ senatoru ölkə prezidenti Donald Trampın Azərbaycandakı şirkətlərinin fəaliyyətinin araşdırılması üçün Prokurorluq, Maliyyə Nazirliyi və Federal Təhqiqatlara Bürosuna məktubla müraciət edib.

İstiPress-in məlumatına görə, bu barədə New Yorker jurnalı xəbər yayıb.

Məlumata görə, müraciətdə qeyd olunur ki, ABŞ-ın Azərbaycandakı şirkətlərinin fəaliyyətində korrupsiya faktlarının və onların İran İnqilab Keçikçiləri Korpusu ilə əlaqəli olub-olmadığı araşdırılsın.

Müraciəti edən senatorlar Şerrod Braun, Dayen Faynstayn və Ben Kardin "Trump Organization” şirkətinin Bakıda inşa etdiyi hotellərin tikinti materialları ilə bağlı yoxlamalar aparılmasını tələb edib.

Məqalədə bildirilir ki, Trampın şirkətlərinin tərəfdaşları Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu və qardaşı biznesmenlər Anar və Elton Məmmədovlar olub.

Həmçinin qeyd olunur ki, Elton Məmmədov Azərbaycan parlamentinin deputatı olub. Jurnalistlərin fikrincə, vəziyyət onu göstərir ki, Trampın şirkəti ABŞ qanunvericiliyini pozub. ABŞ qanunlarına görə, xarici ölkələrin hökumətlərinin nümayəndələrinə hər hansı xeyir vermək və müəyyən imtiyazlar gözləmək qadağan edilib.

Senatorlar ABŞ Maliyyə Nazirliyindən bunu da xahiş edib ki, "Trump Organization” şirkətinin guya İran İnqilab Keşikçiləri Korpusunun himayəsi altında olan Azərbaycanın tikinti şirkətləri ilə əlaqəsi də araşdırılsın. Çünki həmin şirkətlər ABŞ-ın tətbiq etdiyi sanksiyaların siyahısında ola bilər.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ziya Məmmədov Quranı təhlil edir

Ziya Məmmədov Quranı təhlil edir

Ölkə prezidentinin sərəncamı əsasında Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların bazasında Nəqliyyat, Rabitə və...

3708 Şou-biznes 10:57 03 mart 2017

Son xəbərlər