Traktorla minik avtomobili toqquşub, ölən və yaralanan var
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.
Belə ki, dekabrın 2-də saat 15 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində rayon sakini C.Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorla Ağayrı kənd sakini Bəxtiyar Baxşıyevin idarə etdiyi “VAZ-21063” markalı avtomobil toqquşub.
Nəticədə B.Baxşıyev və 3 sərnişini aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Sürücü orada ölüb, sərnişinlərə ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...