"TIR" "KamAZ"a çırpıldı - Xeyli kömür yola dağıldı
25
dek
2022
22:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan "TIR" markalı yük maşını ötmə əməliyyatı edən zaman digər qoşqulu yük maşını olan "KamAZ"a çırpılıb.
Qəzadan sonra "TIR"ın yük yerində olan kömür yola dağılıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...