Toydan sərnişin gətirən avtobus mikroavtobusla toqquşdu
12
okt
2025
09:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bələ ki, toydan sərnişin aparan "Mercedes" markalı avtobusla "Vita" markalı mikroavtobus toqquşub. Daha sonra hər iki nəqliyyat vasitəsi aşıb.
Qəzada hər iki nəqliyyat vasitəsində olan sərnişinlər yaralanıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....