Toyda musiqiçilərlə dalaşdı, qətlə yetirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda toyda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Xəqani Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən şəxsə hökm oxunub, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il oktyabrın 9-da Sabirabad rayonunun Qaragüney kəndindəki "Fərid" şadlıq sarayında baş verib. Kənd sakini Telxas İsrafilov toyda həddindən artıq araq içib və musiqiçilərlə mübahisə edib. Bunu görən həmkəndlisi Xəqani Muradov onu sakitləşdirib evlərinə aparmaq istəyib. Bu zaman T.İsrafilov X.Muradovu döyüb.
Hadisədən qəzəblənən Xəqani Muradov yaxınlıqdakı mağazaya gedib, oradan bıçaq alaraq restorana qayıdıb və T.İsrafilova üç bıçaq zərbəsi vurub. Telxas aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən X.Muradov saxlanılaraq istintaqa təhvil verilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...