Toyda faciə: Dayı bacısı oğlunu bıçaqladı

Toyda faciə: Dayı bacısı oğlunu bıçaqladı
Hadisə 214

Xaçmazda toyda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Çarxı kəndində keçirilən məclis zamanı 1970-ci il təvəllüdlü Murad Baxışəli oğlu Baxışov bacısı oğlu, 1993-cü il təvəllüdlü Elyar Cəfər oğlu Bayramovu bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində mübahisə zamanı baş verdiyi bildirilir.

Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Qeyd edək ki, bacısı oğlunu bıçaqlayan şəxs əvvəllər soyğunçuluq və qəsdən sağlamlığa xəsarət yetirdiyinə görə iki dəfə məhkumluq həyatı yaşayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər