Toya hazırlaşdığı sevgilisini dostu ilə bir evdə tutub qətlə yetirdi

Toya hazırlaşdığı sevgilisini dostu ilə bir evdə tutub qətlə yetirdi
Təfərrüat Video
Hadisə 4928

Oğlan dostu ilə ona xəyanət edən sevgilisini qətlə yetirdi. Akif (şərti ad) hər zaman olduğu kimi, bu gün də sevgilisi Validəni (şərti ad) işə ötürürdü.

Validə onun dostu, güvəndiyi Həmidin (şərti ad) yanında işləyirdi.

Amma Akif bilmirdi ki, dostu Həmid Validənin sevgilisidir. Akif Validəni dostuna etibar etdikdən sonra birbaşa iş yerinə yollanır. İcarəyə götürdüyü telefon dükanında onların təmiri və satışı ilə məşğul olaraq həmişəki kimi pul qazanmağa çalışır. Həmin gün işdən tez çıxan Validə ilə Həmid sağollaşır, Akif isə kafenin çölündə Validəni gözləyir.

Onlar şəhər mərkəzinə yollanırlar. Akif qəflətən Validənin əlindən tutaraq onu nikah mərasimlərinin keçirildiyi Səadət Sarayına gətirir, artıq məsələni rəsmiləşdirmək istədiyini deyir. Validə vəziyyəti ötüşdürür, bir az vaxt istədiyini söyləyir. Günün sonunda Akif, Validə və Həmid kafelərin birində nahar edirlər. Akif telefonuna gələn zəngə cavab vermək üçün onlardan uzaqlaşır.

Validə Akifin otaqda olmamasından istifadə edərək Həmidə deyir: "Ya biz münasibətimizi sonlandırmalıyıq, ya da o, hər şeyi biləcək. Çünki bu gün mənə münasibətimizi rəsmiləşdirməyi təklif etdi".

Beləliklə, növbəti gün Həmid təkid edir ki, Validə birbaşa Akifə zəng edib ondan ayrılmaq istədiyini desin. Validə belə də edir. Akif parkda onu gözləyir. Bir az sonra Validə soyuq baxışlarla ona yaxınlaşır, "biz ayrılmalıyıq, daha səni sevmirəm" deyərək oradan uzaqlaşır. Akifin beyninə ağlasığmaz fikirlər gəlir, Həmid və Validə ilə üzləşmək üçün sevgilisinin yaşadığı ünvana yollanır.

Akif barışmaq ümidi ilə Validənin mənzilinə gəlsə də, gördüyü mənzərə ürəyini açmır. Həmid və Validəni gördükdə dostuna hücum edərək ona zərbələr endirməyə başlayır. Validədən niyə belə etdiyini soruşanda "əcəb etdim" cavabını alır.

Bundan sonra cibindən çıxardığı bıçaqla ona zərbələr endirir. Validə hadisə yerində dünyasını dəyişir, Akif oradan qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa cəlb edilir.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər