Toy karvanında "avtoşluq" edən şəxs saxlanıldı: "Peşman deyiləm" (VİDEO)
22
may
2017
10:30
Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücü məsuliyyətdən yayına bilməyib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, özünə məxsus "VAZ 2107” markalı avtomobilinin dövlət nömrə nişanlarını açaraq toy karvanında avtoxuliqanlıq edən Gəncə şəhər sakini Sərxan Rzayev saxlanılıb.
Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə Sərxan Rzayev avtoxuliqanlıq əməllərinə görə bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 20 sutka inzibati həbs cəzası alıb.
Saxlanılan şəxs törətdiyi əməldən peşman olmadığını deyib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yol polisini söyən 3 sürücü həbs olundu – FOTO
Bakıda yol polisinə tabe olmayaraq qaçan və avtoxuliqanlıq edən 3 sürücü həbs olunub. BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, fevralın 8-də "Jeep Grand...