Toy karvanında avtoşluq edənlər həbs olundu (VİDEO)
04
yan
2016
11:57
Gəncə şəhərində toy karvanında avtoşluq edən şəxslərə qarşı cəza tədbirləri görülüb.
BAKU.WS məlumat verir ki, yol polisi əməkdaşları şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən həmin sürücüləri müəyyən edərək saxlayıb, avtomobilləri isə cərimə meydançasına aparılıb.
Onlardan Kənan Cəfərov və Sarı Məhərrəmov məhkəmənin qərarı ilə 20 sutkalıq azadlıqdan məhrum edilib, həmçinin 1 il müddətinə sürücülük hüquqları əllərindən alınıb.
Azyaşlı isə 600 manat məbləğində cərimələnib. Avtoxuliqanlıqla məşğul olan sürücülər bundan sonra da ciddi şəkildə cəzalanacaqlar.
BAKU.WS
Oxşar xəbərlər
Polis rəisindən sürücülər üçün faydalı açıqlama
Son vaxtlar sürücülər bu problemlə tez-tez üzləşirlər. Ödənilməmiş cəriməsi olan sürücülər yol polisi tərəfindən saxlanılır və idarə etdiyi avtomobil cərimə mey...