Tovuzda xəstəxanada dördgünlük körpənin ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla dünyaya gələn dördgünlük körpənin ölməsi faktı ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən oxu.az-a bildirilib ki, Ağstafa rayon sakini 23 yaşlı, 36 həftəlik hamilə Qasımova Pərvanə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə vaxtından əvvəl doğuş diaqnozu ilə daxil olub:
“Qız cinsli, çəkisi 2500 qram və boyu 48 santimetr olan uşaq Apqar şkalası üzrə 6/7 bal ilə qiymətləndirilib. Pediatrlarla konsilium təşkil olunub, zəruri tibbi müayinə və müalicə təyin olunub, yenidoğulmuş süni tənəffüs cihazına qoşulub. Diaqnozu anadangəlmə soltərəfli bronxopnevmoniya olan uşaq 4-cü sutkasında aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəfat edib. Meyit təşrihə verilib”.
*** 09:36
Tovuzda xəstəxanada 4 günlük körpə ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.
Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.
Onun yaxınları iddia edir ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.
Faktla bağlı Tovuz Rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda zibil qutusuna atılan körpənin vəziyyəti ağırdır - YENİLƏNİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda küçəyə atılan 10-15 günlük uşağın səhhəti barədə açıqlama verib. TƏBİB-dən oxu.az-ın sorğusuna cavab ol...