Tofiq Şahmuradovun şikayəti rədd edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bloger Tofiq Şahmuradov barəsində seçilmiş inzibati həbs tənbehindən verilmiş apellyasiya şikayətinə baxılıb.
BAKU.WS "apa"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə qərar elan olunub.
Qərara əsasən, seçilmiş həbs tənbehinin dəyişdirilməsi üçün əsaslar məyyən edilmədiyi üçün şikayət təmin olunmayıb.
Xatırladaq ki, feysbuk sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.
Oxşar xəbərlər
Baş Prokurorluq bir neçə jurnalisti cərimələyib
Baş Prokurorluq bir neçə jurnalisti cərimələyib. BAKU.WS xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, müasir dövrdə ölk...