Tofiq Bəhramov adına stadionun damı uçub
28
yan
2019
17:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunun damı uçub.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, arenanın direktoru Şamil Quliyev dam örtüyünün uçmasına səbəbin güclü külək olduğunu bildirib: “Güclü külək zamanı dam örtüyü qopub. Bu stadionun təmiri ilə 2012-ci ildə cənubi koreyalı mütəxəssislər məşğul olublar. Onları yenidən bura dəvət etdik ki, öz məsləhətlərini, rəylərini versinlər. Çünki materiallar xaricdən gətirilib. Örtüyün bərpası ilə yerli mütəxəssislər məşğul olacaq. Bərpa prosesi uzağı bir həftə çəkəcək. 650 dərəcə temperaturda həmin örtük xüsusi texnologiya vasitəsilə yapışdırılacaq. Həmin yerlər yamaq kimi görünməyəcək. Çünki örtükdə cırılma yoxdur, sadəcə qopub. Əmin edə bilərəm ki, bu yer daha qopmayacaq”.Qeyd edək ki, stadionda fevralın 3-də Azərbaycan Premyer Liqasının “Qarabağ” – “Neftçi” görüşü keçiriləcək. XV turun görüşü saat 18:30-da başlayacaq.BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ" və "Neftçi"nin oyunları CANLI YAYIMDA
Premyer Liqanın 10-cu turunda "Keşlə" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" oyunları keçiriləcək. BAKU.WS xəbər verir ki, hər iki qarşılaşma "CBC Sport" telekana...