Tikinti şirkəti cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən və Kərəm İsmayılov küçələrinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
BAKU.WS xəbər verir ki, bunu Xidmət rəsmisi Vaqif Cavadov bildirib.
O qeyd edib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "S and N" MTK tərəfindən kəsildiyi və təbiətə 4500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: "Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib".
Oxşar xəbərlər
Sumqayıtda ağacları kəsən şəxs böyük məbləğdə cəzalandırıldı - VİDEO
Sumqayıt şəhərində müxtəlif cinsli ağaclar kəsilib. Hadisə ötən gecə saatlarında şəhərin 30-cu məhəlləsində baş verib. Məsələ barədə Sumqayıt Şəhər İcra Hakimiy...