Təyyarə qəzasında xəsarət alanlardan doqquzu ambulator müalicə üçün evə yazılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində xəsarət alanlardan doqquzu ambulator müalicə üçün evə yazılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd edilib ki, xəsarət alan şəxslərdən beşinin müalicəsi TƏBİB-in tabeliyindəki "Yeni Klinika"da davam etdirilir.
"Stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb. Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır.
Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənaətbəxş olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...