Tərtərdə külli miqdarda narkotik vasitə aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səid İsmayılov saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ondan 2 kiloqram marixuana və 1 kiloqram 175 qram həşiş aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Tərtər rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildirib.
Faktla baǧlı cinayət işi başlanılıb, S.İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...