Tərtərdə dəhşətli qəza - İki nəfər öldü, biri körpədir
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə traktorla minik maşını toqquşub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Hümbətli kəndində baş verib.
Belə ki, 1983-cü il təvəllüdlü Xəqani Aydınovun idarə etdiyi "Belarus 82" markalı traktor ilə Ədalət Həsənəliyevin idarə etdiyi VAZ-2101 markalı avtomobil toqquşub.
Nəticədə VAZ-2101-də olan 1971-ci il təvəllüdlü Ə.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.
Yol-nəqliyyat hadisəsinin baş verməsindən sonra hadisə yerindən qaçan "Belarus 82" markalı traktorun sürücüsü Xəqani Aydınov əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....