Tərtər və Ağdamda minaya düşənlərdən ikisinin vəziyyəti ağırıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Tərtər rayonunun Çaylı kəndində minaya düşərək xəsarət alan Arzuman Tağızadə və iki ayağı amputasiya edilən Elmir Bağırovun vəziyyəti ağırdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda onların müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.
Sözügedən ərazidə minaya düşərək xəsarət alan Polad İsmayılov isə Tərtər Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Vəziyyəti qənaətbəxşdir.
Bundan başqa, ötən gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində təmizləmə işləri aparan zaman minaya düşən Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Əliyev xəstəxanadan evinə buraxılıb.
Qeyd edək ki, hər iki faktla bağlı Ağdam və Tərtər rayon prokurorluqlarında araşdırma aparılır.
Oxşar xəbərlər
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib - YENİLƏNİB
Ağdamda mina partlayışı faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə BAKU.WS-ə Baş Prokurorluqdan bildirilib. Qeyd edilib ki, dekabrın 5-...