Tərtər rayonunda mina partlayıb, ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Aprelin 26-sı Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Mina partlayışında yaralanan sürücünün ayağı amputasiya olunub - YENİLƏNİB - 1
Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan...