Tələbəni qətlə yetirən ofisianta HÖKM OXUNDU
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə qətl törətməkdə təqsirləndirilən Kənan Osmanova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə hökm Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə 2021-ci il iyulun 4-də Mingəçevir şəhəri ərazisində yerləşən “Miraj” kafesinin yaxınlığında qeydə alınıb.
Həmin kafedə ofisiant işləyən 2004-cü il təvəllüdlü K.Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı iş yoldaşı, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevə çoxsaylı bıçaqla qətlə yetirib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
K.Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, əsas fotoda olan şəxs qətlə yetirilən Mingəçevir Dövlət Universitetinin tələbəsi M.Alıyevdir.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...