Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər barəsində protokol tərtib olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanıb.
Onlarla maarifləndirici söhbət aparılıb və qanunvericiliyin tələbləri izah edilib. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunub.
Oxşar xəbərlər
Qaydalara riayət etməyən sürücülər barəsində qanunamüvafiq tədbir görülüb - FOTO
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi...