Qaydalara riayət etməyən sürücülər barəsində qanunamüvafiq tədbir görülüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, yol-hərəkəti qaydalarını pozan, nəqliyyat vasitələrinə çoxavazlı səs siqnalları quraşdıran sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib.
Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Avtomobilləri nömrəsiz idarə edən sürücülər saxlanıldılar - FOTO
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin artırılma...