Tədbirə başıaçıq qatılan iranlı aktrisalara qarşı cinayət işi açılıb - FOTO

Tədbirə başıaçıq qatılan iranlı aktrisalara qarşı cinayət işi açılıb - FOTO
Foto
Hadisə 59

İranda tanınmış kino və teatr aktrisaları Əfsanə Bayqan və Fatimə Motamadariana qarşı cinayət işi açılıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, onlar hicab taxmaq qaydalarına əməl etməməkdə ittiham olunurlar.

Bu barədə Tehran Polis Baş İdarəsindən məlumat verilib.

Bildirilir ki, iş baxılması üçün prokurorluğa göndərilib.

Qeyd edək ki, aktrisalar rejissor Attila Pesianın ad günü münasibətilə keçirilən tədbirdə baş örtüyü olmadan iştirak ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər