Təcili yardım maşını qəzaya düşdü, həkim və tibb bacısı yaralandı
12
mar
2020
13:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Salyan-Biləsuvar avtomobil yolunda təcili yardım maşını qəzaya uğrayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisəyə dumanlı hava şəraiti səbəb olub.
Hadisə nəticəsində Bakıdan Lənkərana xəstə aparan təcili yardım briqadasının əməkdaşları - həkim, 1955-ci il təvəllüdlü Sidiqə Quliyeva və tibb bacısı, 1983-cü il təvəllüdlü Gülarə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Tələbə qızların zəhərlənmələri ilə bağlı ŞOK TƏFƏRRÜAT - FOTO
Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri - fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdl...