"Təcili 200 manat pul lazım idi" - Maskalı oğru danışdı - FOTO
06
sen
2019
23:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə ev sahibini bıçaqla yaralayan şəxs saxlanılıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, aparılan ilkin istintaq zamanı müəyyən edilib ki, saxlanılan 21 yaşlı Rauf Vəliyev qarət məqsədi ilə Xuluflu kənd sakini Elçin Atakişiyevin yaşadığı evə girib. Lakin ev sahibi oyanıb. Bunu görə R.Vəliyev ev sahibinə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb."Təcili 200 manat pul lazım idi. Evdə kimsənin olmadığını zənn etdim. Çünki elə planlaşdırmışdım. Lakin ev sahibi evdə oldu və səsə oyandı. Qaçmaq üçün onu qolundan bıçaqladım."Qeyd edək ki, R.Vəliyevin cinayət zamanı istifadə etdiyi maska və bıçaq da sübut kimi götürülüb. Faktla bağlı cinayət işi açılıb.
Qalereya
Oxşar xəbərlər
Bu ağsaqqal bir gecədə mağazadan 73 telefon oğurladı - FOTO
Nəsimi rayonunda yerləşən telefon mağazalarından birindən oğurluq edilib.Daxili İşlər Nazirliynin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, zərərçəkə...