Təbiətə 90 min manatdan çox ziyan vuruldu
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 4 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
BAKU.WS xəbər verir ki, araşdırmalar zamanı İsmayıllı, Qəbələ, Lerik və Bakı şəhərinin Nəsimi rayonu ərazisində ümumilikdə 370 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 90 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Oxşar xəbərlər
198 ağacın kəsilməsi ilə bağlı cinayət işləri başlanıb
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 5 rayonunda ekoloji hüquqpozmalarla bağlı araşdırma aparılıb. Baş Prokurorluğun mə...