198 ağacın kəsilməsi ilə bağlı cinayət işləri başlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 5 rayonunda ekoloji hüquqpozmalarla bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, araşdırmalar zamanı Tərtər, Bərdə, Zaqatala, Balakən və Bakı şəhərinin Qaradağ rayonu ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 198 ədəd ağacın torpaq sahəsini zəbt etməklə qanunsuz kəsilməsi nəticəsində təbiətə 76 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) 259.2.3, 259.2.4 (qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ağac kəsmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açılıb
Quba və Lerikdə qanunsuz tikinti işləri aparan şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb. Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məluma...